image-n1karobka_ads
image-123
image-a4fe3ddf-72da-46aa-87ec-e7350ab0d5e8_850backend

Hərbi hissədə əsgərlə görüşə narkotik gətirilib

image-ad_qayo_720x110px

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində görüş zamanı əsgərə narkotik vasitə verən şəxs saxlanılıb.

Xidmətdən verilən xəbərə görə, aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.

İlkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki