image-2000x150px
image-1640954980_1-2backend

Həssas kateqoriyadan olanlara dəstək hər bir vətəndaşın borcudur – Arzu Bağırova

image-728x90px

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir. Ötən ilin sonunda Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla ölkəmizdə 2,1 milyon insana dəstək olan yeni sosial islahat paketinin reallaşdırılması həssas qrupa göstərilən diqqətin təsdiqidir. Bu islahat paketinin tərkib hissəsi kimi, dövlət başçısının tapşırıqları ilə yeni mühüm sosial müdafiə proqramları – 1991–1997-ci illərdə xəsarət nəticəsində Qarabağ müharibəsi əlilliyi statusu almış şəxslərə birdəfəlik ödəmənin verilməsi, Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı verildikdən sonra Prezidentin aylıq təqaüdünün təyin edilməsi nəzərdə tutulub.

Hazırda aidiyyəti qurumlarla birlikdə həmin sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün lazım olan işlər aparılır. Qeyd edək ki, müharibə əlilləri və iştirakçıları ilə bağlı həyata keçirilən yeni sosial dəstək tədbirləri ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aidiyyəti qurumlarla davamlı olaraq müzakirə edilir.

Dövlət başçımız yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu kateqoriyadan olanlara sosial dəstəkdən danışarkən bildirdi ki, şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğı və diqqəti və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub. Prezident dedi: “Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sa­yıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər”.

Bu, danılmaz həqiqətdir. Dövlət başçısının bildirdiyi kimi, təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərindən 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçılarına da 750 mənzil verilib və bu proses davam etdirilir. İnanırıq ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kate­qoriyadan olan insanlara bəlkə də iki il ərzində mənzillər veriləcək.

Prezident xüsusi olaraq vurğuladı ki, bu, sırf bizim təşəbbüsümüzdür və biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün bu addımı atırıq. Bir mənzilin qiymətinin neçəyə başa gəldiyini, bunun büdcə üçün böyük bir yük olduğunu hamı bilir. Amma ölkənin rəhbəri əminliklə deyir ki, biz bu yükün altına girmişik və sona qədər bu işi apa­racağıq, bu kateqoriyadan olan axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq.

Biz QHT rəhbərləri daim həssas qrupların problemlərinə imkan daxilində dəstək olmağa çalışırıq. Görürük ki, ildən ilə şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Çünki dövlət başçısı onları daim diqqət mərkəzində saxlayır. Prezident müsahibəsində bidirdi ki, bu kateqoriya­dan olan insanları, xüsusilə İkinci Qa­rabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib.

Müharibə zamanı əlini, qolunu, ayağı­nı itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Dövlət başçısı dedi: “Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologi­yası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və mənim bu kateqoriya­dan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var. O cümlədən biznes strukturları, onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriya­dan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində – həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni, özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var, vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara daim yardım etməliyik. Atasız qalan uşaqlara yardım etməliyik və edəcəyik”.

Ötən ilin sonunda ƏƏSMN-də müharibə əlilləri və iştirakçılarını təmsil edən qeyri –hökumət təşkilatları ilə keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər dəyərləndirildi. Dövlət başçısının həssas kateqoriyadan olanlara münasibəti yüksək qiymətləndirildi. Bu işdə hər birimiz vətəndaş olaraq dövlətin yanında olmalı, öz köməyimizi əsirgəməməliyik.

Arzu BAĞIROVA,

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki