Həştərxan hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Rosaviasiya məlumat yayıb.
“Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Həştərxan hava limanında Moskva vaxtı ilə saat 18:30-da təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.
Əvvəllər Volqoqrad hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı tətbiq edilən müvəqqəti məhdudiyyətlər aradan qaldırılmışdı.
DOĞRU.AZ