Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun ilə görüşüb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən məlumat verir.
Görüş zamanı iki ölkə arasında media və kommunikasiya sahəsində əməkdaşlığa, qlobal və regional gündəlik mövzulara dair fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ