image-n1karobka_ads
image-123
image-89-pic_32ratio_900x600-900x600-35095__1_backend

Hindistan mayın 15-dək 32 hava limanında fəaliyyətini dayandırıb

Hindistan mayın 15-dək 32 hava limanını mülki uçuşlar üçün bağlayıb. Bu barədə “The Times of India” Mülki Aviasiya Baş Müdirliyinə istinadən yazır.

“Hindistan və Pakistan arasında gərginliyin artması fonunda 32 hava limanı mayın 15-i səhərə qədər mülki uçuşlar üçün bağlı qalacaq”, – məqalədə deyilir.

Bundan əlavə, Mülki Aviasiya Təhlükəsizliyi Bürosu (BCAS) ölkədəki bütün aviaşirkətlərə və hava limanlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.

Mayın 6-da Hindistan Silahlı Qüvvələri Pakistandakı “terror infrastrukturunu” hədəf alan Sindoor əməliyyatına başlayıb. Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Daha sonra SAMAA TV Pakistanın Hindistana cavab raket zərbəsi endirdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki