Hindistan və Pakistan arasında gərginliyin artması fonunda, Srinagar və Amritsar da daxil olmaqla 32 hava limanı mayın 15-dək mülki uçuşlar üçün bağlanıb. Bununla belə, səlahiyyətlilər indi müvəqqəti məhdudiyyətləri aradan qaldırıb, ölkənin şimal və qərb bölgələrindəki hava limanları mülki uçuşlar üçün yenidən açılmağa hazırlaşır.
Bu barədə News18 yazır.
“Hindistan Hava Limanları İdarəsi və müvafiq aviasiya orqanları, Hindistan və Pakistan arasında artan gərginlik fonunda ölkənin şimal və qərb bölgələrində mülki uçuşlar üçün bağlanan 32 hava limanını yenidən açmaq üçün hava işçilərinə bildiriş göndərib” dedi.
Beynəlxalq sərhəddə təhlükəsizlik təhdidinin artması ilə əlaqədar hava limanlarının əməliyyat səbəblərindən bağlandığı vurğulanır.
Pakistan daha əvvəl bildirmişdi ki, Adampur aviabazası Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyat zamanı məhv edilib.
DOĞRU.AZ