Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrelin Aİ-nin Rusiya neftindən hazırlanan Hindistan neft məhsullarının idxalını məhdudlaşdıra biləcəyi ilə bağlı bəyanatı Hindistanın xarici işlər naziri Subramanyam Caişankar tərəfindən rədd edilib.
O, Borrelə Aİ Şurasının qaydaları ilə tanış olmağı tövsiyə edib, TASS yazır.
“Aİ Şurasının qaydalarına baxın, Rusiya nefti üçüncü ölkələrdə əhəmiyyətli dərəcədə emal olunur və artıq Rusiya kimi qəbul edilmir”, – baş nazir bildirib.
Mənbə: TASS