image-ads_n1karobka_mobile
image-bride-gd1a499ff6_1920-pic_32ratio_900x600-900x600-49431backend

Hindistanda gəlin toyu ləğv edib və sərxoş bəydən polisə şikayət edib

Hindistanda gəlin nişanlısının spirtli içki qəbul etməsindən sonra toyunu təxirə salıb.

Bu barədə “Times of India” məlumat yayıb.

Ənənəvi jaimala mərasimi zamanı gəlin nişanlısının sərxoş vəziyyətdə olduğunu görüb. Qız tədbirdə iştirakdan imtina edib və toyu ləğv edib.

Gənc cütlüyün qohumları arasında baş verənlərdən sonra toya xərclənən pul üstündə münaqişə başlayıb. Qızın ailəsi polisə müraciət edərək hadisə barədə məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bəyə nikah üçün xərclənən məbləği qaytarmağı və onu evə buraxmağı tapşırıblar.

Mənbə: Gazeta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki