Hindistanda 24 uşaq öskürək siropu qəbul etdikdən sonra dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, səlahiyyətlilər dərmanın çirklənməsinə səbəb olan əczaçılıq inqrediyentinin tədarükü zamanı təhlükəsizlik pozuntularının olub-olmadığını araşdırır.
Coldrif şərbətinin hazırlanmasında istifadə olunan həlledici, istehsalçıya çatdırıldığı zaman zəhərli kimyəvi dietilen qlikol ilə çirklənmiş ola bilər, məlumatı Reuters agentliyi üç mənbəyə istinadən yayıb.
Hadisə ilə bağlı şirkətin istehsal lisenziyası ləğv edilib, şirkətin təsisçisi isə həbs olunub.
Qeyd olunur ki, əvvəllər Avropa Dərman Agentliyi (EMA) Ozempic dərmanında görmə itkisinə səbəb ola biləcək yan təsir aşkar etmişdi.
DOĞRU.AZ




























