Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammiti işə başlayıb, RİA Novosti xəbər verir.
Agentliyin məlumatına görə, “Təhlükəsizliyə doğru” mövzusunda sammit virtual rejimdə keçirilir. Hindistanın baş naziri Narendra Modi ŞƏT liderlərinin iclasını açacaq, o, həmçinin təşkilatın rəhbərləri şurasının iclasının sədri olacaq.
Sammitin açıq hissəsində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilir. Tədbirin yekunu olaraq Yeni Dehli Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.
Mənbə: RİA Novosti