image-ads_n1karobka_mobile
image-ap23055455387383-pic_32ratio_900x600-900x600-6045backend

Hindistanın baş naziri Ukraynada “qanın tökülməsini dayandırmağa” çağırıb

Hindistanın baş naziri Narendra Modi bildirib ki, dünya ölkələri Ukraynada axan qanı dayandırmaq üçün əlindən gələni etməlidir. O, bunun müharibə dövrü deyil, dialoq və diplomatiya dövrü olduğunu, insanların iztirablarının qarşısını almaq üçün hər kəsin əlindən gələni etməli olduğunu vurğulayıb.

Bu barədə Wionews yazır.

Modi qeyd edib ki, Ukrayna münaqişəsi dərin dağıntılara gətirib çıxarıb və regionda böyük ağrılara səbəb olur. O, həmçinin əlavə edib ki, münaqişənin nəticələri xüsusilə qlobal Cənub ölkələri üçün ciddidir.

Hindistanın baş naziri daha əvvəl dialoqa çağırıb və bəyan edib ki, bizim dövrümüz müharibələr dövrü olmamalıdır. “The Wall Street Journal”a müsahibəsində o, Hindistanın Ukrayna münaqişəsində neytral olmadığını, sülh yolu ilə nizamlanma və dialoqun tərəfdarı olduğunu vurğulayıb. Modi həmçinin Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski ilə bir neçə dəfə söhbət etdiyini bildirib.

Hindistanlı siyasətçi Hindistanın əlindən gələni edəcəyini və münaqişənin sona çatması və davamlı sülh və sabitliyin təmin edilməsi üçün bütün səyləri dəstəkləyəcəyini vəd edib. O vurğulayıb ki, münaqişənin həllində zorakılıq və müharibə deyil, dialoq və diplomatiya əsas alət olmalıdır.

Mənbə: Gazeta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki