İsrail və HƏMAS arasında silahlı münaqişənin başlamasından sonra başlayan əsl beynəlxalq kibermüharibədə Hindistandan olan hakerlər İsrail tərəfindən hərəkət etdi.
Bu barədə Hindistanın Daily News and Analysis (DNA) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, HƏMAS təcrübəli hakerlərinin köməyi ilə İsrailin müdafiə kompüter sistemini ələ keçirməyə cəhd edib. Fələstinli hakerlər ilk növbədə İsrailin “Dəmir günbəz” raketdən müdafiə sistemini sıradan çıxarmağa cəhd ediblər.
Qəzet yazır ki, xeyli sayda İsrail hökuməti və media saytı haker hücumlarına məruz qaldıqdan sonra “uzun müddət müttəfiqi” olan Hindistan İsrailin köməyinə gəlib. Hindistanlı hakerlər Fələstinlə kiber müharibəyə giriblər.
Mənbə: A Haber