image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-89backend

Hökumət iqlim dəyişikliyi və onun təsirlərini müzakirə edib – FOTO

image-728x90px

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, dəyişikliklərə adaptasiya və təsirlərinin azaldılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Doğru.az xəbər verir ki,  bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, İclasda hökumət üzvləri və bəzi şəhər və rayonların icra başçıları iştirak ediblər.
İclasda iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların təsirlərinin azaldılması istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi qeyd edildi.

İqlim dəyişikliyinin kənd təsərrüfatına, sosial sahəyə təsiri, təbii fəlakətlər və onların qarşısının alınması, təbii ehtiyatlardan səmərəli istifadəyə dair məruzələr dinlənildi və müvafiq tapşırıqlar verildi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki