image-ads_n1karobka_mobile
image-73-pic_32ratio_1200x800-1200x800-32493backend

Hondurasda qətl dalğasından sonra xüsusi əməliyyatlar başlayıb

Honduras hakimiyyəti qətl dalğasının baş verdiyi Kortes ölkəsinin Karib dənizi departamentində xüsusi təhlükəsizlik əməliyyatları keçirəcəklərini açıqlayıb.

Bu barədə prezident Siomara Kastro öz Twitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, gün ərzində Kortesdə “çoxsaylı əməliyyatlar, basqınlar, ələ keçirmə və yoxlama məntəqələri başlayır”.

“Bundan sonra Choloma üçün axşam saat 9-dan səhər 4-ə qədər xüsusi komendant saatı tətbiq olunur və San Pedro Sulada komendant saatı iyulun 4-dən tətbiq ediləcək. Müddət – uzadılma imkanı ilə 15 gündür”, – dövlət başçısı yazıb.

Qeyd edək ki, Hondurasda Sula vadisində baş verən silsilə silahlı hücumlarda aralarında uşaq və qadınların da olduğu azı 21 nəfər həlak olub, onlardan 11-i bilyard salonunda güllələnib. Kastronun dediyi kimi, narkotik alverçilərinin “xidmətində” muzdlular regionda terror törədirlər.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki