image-2000x150px
image-123
image-ads_atlas
image-24839_nsukww7946backend

Hulusi Akar şəhid Valeh Məmiyevdən danışarkən kövrəldi – VİDEO

image-728x90px

Türkiyənin milli müdafiə naziri Hulusi Akar işğal altındakı torpaqları qurtaracağına dair ona söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevlə aralarında baş tutmuş dialoqu danışarkən kövrəlib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında nazirin müvafiq çıxışı paylaşılıb.

“Təlim keçirilən zaman söhbət edərkən həmin təlimlərin önəmli olmasını qeyd etdim. Ancaq əsl uğur işğal altındakı torpaqların azad edilməsidir. Baş leytenant Məmiyev, sənin əsl vəzifən təlim deyil, əsl vəzifən Vətənini, işğal altındakı torpaqları qurtarmaqdır dedikdən sonra o övladımızın yaralanması, yaralandığı zaman xəstəxanada “verdiyim sözü tutdum” deməsi bizim üçün həqiqətən böyük bir xatirədir”, – deyə Türkiyəli nazir kövrələrək bildirib.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən fotosərgidə Türkiyə milli müdafiə naziri Hulusi Akarın diqqətini Azərbaycana əvvəlki səfərləri zamanı çəkilmiş bir foto cəlb etmişdi. Həmin foto Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin Hulusi Akarla birgə şəkli olub. Həmin şəklin Məmiyevin şəhid olduğu zaman cibindən çıxması da həmin vaxt türkiyəli naziri kövrəltmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki