Yəmənin Ənsar Allah (Husi) hərəkatı Təl-Əvivə hipersonik ballistik raket və İsrailin Eylat istiqamətinə iki pilotsuz uçan aparat atdığını iddia edib.
Doğru.az xəbər verir ki, Husi qruplaşmasının Telegram kanallarında yayılan açıqlamada bildirilir: “İsrailin ölkəmizə təcavüzünə cavab olaraq… biz Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirdik.”
Husilər əməliyyatın məqsədlərinə çatdığını bəyan ediblər.
Doğru.az xəbər verir ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Hərbi Hava Qüvvələrinin Yəməndən İsrail ərazisi istiqamətində atılan raketi ələ keçirdiyini bildirib.
DOĞRU.AZ