image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210612-wa0030backend

İcra başçısı və Deputat qazilərlə görüşdü – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki,  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, cernobil əlillərinin müalicə aldığı mərkəzdə onların sağlıqlarına qovuşması üçün aparılan müalicələrlə tanış olublar.

“Möcüzəli Naftalan” sanatoriyasının rəhbəri Qoca Əmiraslanov məlumat verərək bildirdi ki, mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən dərman müalicəsi deyil, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.
Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş müalicə mərkəzində səhhətlərində müsbət nəticə qeydə alındığını və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham  Əliyevə və Birinci vitse-pezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və vurğulamışlar ki, ölkəmiz inkişaf etdikcə, onlarında sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlər genişləndirilir.

DOĞRU.AZ image-img_4193image-img_4200 image-img_4213 image-img_4156 image-anons-48 image-img_4231

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki