image-2000x150px
image-img-20211217-wa0026backend

İİB-in nümayəndə heyəti “ASAN xidmət”

image-728x90px

Doğru.az xəbər verir ki, dekabr 2021-ci il tarixində İslam İnkişaf Bankının (İİB) Ölkə əməliyyatları üzrə meneceri Fərid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Görüş çərçivəsində Dövlət Agentliyi ilə İİB arasında həyata keçirilən əməkdaşlıq, planlaşdırılan birgə layihələr və imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə müzakirələr aparılıb. Cari ilin noyabr ayında “Dövlət xidmətlərinin effektiv şəkildə göstərilməsi və elektron idarəetmə: Azərbaycan nümunəsi” mövzusunda onlayn formada həyata keçirilmiş ikitərəfli vebinarların əhəmiyyəti vurğulanaraq onların daha böyük layihələr üçün uğurlu başlanğıc olduğu qeyd edilib.

Qonaqlar “ASAN xidmət” təcrübəsi, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilən digər layihələrin onlarda böyük təəssürat yaratdığını, bundan sonra da müvafiq istiqamətlər üzrə İİB və Dövlət Agentliyi arasında əməkdaşlığın genişlənəcəyini ifadə ediblər.

Eyni zamanda qonaqlara Elektron Hökumətin İnkişafı Mərkəzinin, eləcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.

Qonaqlar “ASAN Radio”nun, 108 “Çağrı” Mərkəzinin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Sonda “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.

DOĞRU.AZ

image-img-20211217-wa0027 image-img-20211217-wa0026 image-img-20211217-wa0024

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki