image-ads_n1karobka_mobile
image-depositphotos_165313606_xl-pic_32ratio_900x600-900x600-24876backend

İki Belarus vətəndaşı pilotsuz uçan aparatı işə salmaq istəyərkən saxlanılıb

Sərhədçilər Litva ərazisinə pilotsuz uçuş aparatı (PUA) buraxmaq istəyən iki belaruslunu saxlayıb.

Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti Telegram-kanalında məlumat verib.

“Lida” sərhədçiləri Voronovski rayonunun [Qrodno vilayəti] Qorodişe kəndində iki Belarus vətəndaşını saxlayıblar”, – nəşr yazır.

Sərhəd komitəsinin bildirdiyinə görə, onlar Belarus-Litva sərhədindən PUA buraxmaq istəyiblər, indi həmin şəxsləri inzibati cəza gözləyir.

Mətbuat xidməti qeyd edib ki, avqustun əvvəlindən bu, Litva ilə sərhəddə pilotsuz uçuş aparatlarından qeyri-qanuni istifadə ilə bağlı üçüncü insidentdir. Hazırda Belarus sərhəd zolağında pilotsuz uçuş aparatlarının istifadəsini, həmçinin sərhəd xidməti orqanlarına xəbərdarlıq etmədən cihazı sərhəd yaşayış məntəqələrindən kənarda qoymağı qadağan edir.

Mənbə: Sputnik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki