image-n1karobka_ads
image-123
image-1759240770644867048_1200x630backend

İki ölkə mediası Mətbuat Şurasında bir araya gəldi – FOTO

image-ad_qayo_720x110px

Bakıda keçirilən II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı, Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında (MŞ) görüşüb.

Görüş zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid iki ölkənin media birlikləri arasında əlaqələrin genişləndiyini, Forumun isə münasibətlərin strateji xarakter almasının göstəricisi olduğunu bildirib. O, MŞ-nin Özbəkistan Jurnalistlər İttifaqı ilə əməkdaşlığını ümumi işə mühüm töhfə kimi qiymətləndirib.

Doğru.az xəbər verir ki, Xolmurad Səlimov çıxışında iki qurum arasındakı sıx təmaslardan danışıb və ötən il aprelin 22-də imzalanan Əməkdaşlıq Memorandumunun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sənəd çərçivəsində hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunur və bu səfərlər təcrübə mübadiləsi və ortaq maraqların qorunması baxımından önəmlidir.

DOĞRU.AZ

image-1759240770450477413_1200x630 image-17592407704537664259_1200x630 image-17592407705610522136_1200x630 image-1759240770947158032_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki