image-ads_n1karobka_mobile
image-271541924_351033320189319_5511140207829945165_nbackend

İlham Əliyev Volodimir Zelenski ilə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.

Bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Yanvarın 14-də keçiriləcək görüş İlham Əliyevin Ukraynaya işgüzar səfəri əsnasında baş tutacaq.

Görüşün nəticələri ilə bağlı dövlət başçıları KİV nümayəndələri qarşısında bəyanatla çıxış edəcək.

Mənbə: President.gov.ua


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki