Amerikalı sahibkar Elon Musk Fransa və Britaniya arasındakı Manş boğazını Corc Vaşinqton kanalı adlandırmağı təklif etdi.
O, X-də boğazın bu adı ilə şəklini dərc edib.
“İngiltərə və Fransanı ayıran su hövzəsi üçün yeni ad” dedi Musk.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi haqqında fərman imzalayıb . Trampın özü hesab edir ki, Meksika bundan “ məmnundur ”.
Meksika prezidenti Klaudiya Şeynbaum qeyd edib ki, bütün dünya üçün bu hələ də Meksika körfəzidir.
DOĞRU.AZ