image-2000x150px
image-123
image-ads_atlas
image-insunx-posterbackend

“INSUN X: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir həyata keçiriləcək

image-728x90px

Sağlamlıq və xoşbəxtlik həyatın ən qiymətli xəzinəsidir. Lakin həyatımızın sürətli
temposu içərisində sağlıq və xoşbəxtlik üçün lazım olan amilləri unuduruq.

“INSUN” YaşamMərkəzi ruh, bədən, zehin üçləmində fəaliyyətini davam etdirərək, sağlam, hüzurlu və xoşbəxt həyatın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif proqramlar, tədbirlər təşkil etməyə
davam edir.

Bu missiyaya uyğun olaraq, mayın 26-da Nizami Kino Mərkəzində Yaşam Mərkəzinin
təşəbbüs və təşkilatçılığı ilə, “ INSUN X: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir həyata keçiriləcək.

Tədbir çərçivəsində bioloq və nevroloq olan Prof. Dr.Sinan Canan, psixoloq Ferhat
Aydın, ginekologiya və doğuş mütəxəssisi Opr.Dr Ayşe Duman kimi peşəkar, zəngin
təcrübələri olan mütəxəssislər bir araya gələrək, sağlam, hüzurlu və xoşbəxt həyat haqqında ruhlandırıcı, fərqinədlik yaradacaq hekayələr təqdim edəcəklər.

“INSUN X” tədbiri sağlam yaşamağın əsas prinsiplərini öyrənmək, daxili rahatlığı
tapmaq və xoşbəxtliyi kəşf etmək istəyən hər kəs üçün fürsət təqdim edir. Bu tədbir təkcə bədənimizi və zehnimizi sağlam saxlamayacaq, həm də daxili potensialımızı üzə çıxaracaq və həyatımıza məna qatacaq praktiki məlumat və texnikalar verəcək.
Sağlamlıq və xoşbəxtlik dolu həyat üçün 26

May tarixində Nizami Kino Mərkəzində
görüşək!

Ətraflı məlumat və qeydiyyat üçün “INSUN” Yaşam Mərkəzinin rəsmi saytına və

iticket.az daxil ola bilərsiniz:
 https://insun.az/ru
 https://iticket.az/events/seminar/insunx/115005

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki