Romada İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu başlayıb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
“İtaliya paytaxtında İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb”, – məlumatda deyilir.
Mayın 20-də məlum olub ki, İran ABŞ-la danışıqların yeni raundu ilə bağlı təklif alıb .
İran prezidenti Məsud Pezeşkian Omanın xarici işlər naziri Bədr əl-Busəidi ilə görüşdə nüvə proqramı ilə bağlı ABŞ-la razılığın əldə olunmasının mümkün olduğuna inandığını bildirib.
DOĞRU.AZ