image-n1karobka_ads
image-123
image-67ff6d98ae5ac929e0595e38backend

İran bir sıra şərtlər daxilində ABŞ-la razılaşma üzrə dialoqa hazır olduğunu açıqlayıb

İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun nüvə proqramının tamamilə aradan qaldırılmasında israr etmədiyi təqdirdə respublikanın ABŞ-la gələcək sazişin şərtləri ilə bağlı dialoqa hazır olduğunu bəyan edib.

“İranın zənginləşdirilməsi məsələsi real məsələdir və bəzi narahatlıqlara baxmayaraq, biz etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipinin özü müzakirə mövzusu deyil”, – TASS onun sözlərini sitat gətirir.

Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında danışıqları müsbət adlandırıb.

The New York Times həmçinin qeyd edib ki, Wittkoff İranın xarici işlər nazirinə uranın zənginləşdirilməsindən imtina etməyi təklif etməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki