İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general-mayor Məhəmməd Rza Nəqdi İsraili yaxın gələcəkdə təəccübləndirəcək “sarsıdıcı zərbələr” vəd edib.
“Yaxın günlərdə sionist rejimə daha da sarsıdıcı zərbələr görəcəksiniz. Təşəbbüsümüz və ixtiraçılığımızla onları təəccübləndirəcəyik”, – deyə “Al Alam” telekanalı onun sözlərindən sitat gətirib.
Oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə hücum edib.
İsrail Hərbi Hava Qüvvələri Tehranın İsrailə atdığı raketləri istehsal etmək üçün istifadə edilən zavodlara zərbələr endirib.
DOĞRU.AZ