İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hossein Salami deyib ki, İsrail İran ərazisinə son hücumunun “ağılasığmaz nəticələrlə” üzləşəcək.
Bu barədə korpusun mətbuat xidmətinin məlumatında deyilir.
Onun sözlərinə görə, ölkənin hava hücumundan müdafiəsi hücumu dəf edə bildiyi üçün İsrail hücumu səhv hesablayıb.
Əlbəttə, bu hərəkətin acı nəticələri işğalçılar üçün ağlasığmaz olacaq.
İslam İnqilabı Keşikçiləri Korpusu rəhbəri həmçinin hücumda həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və “son təcavüzün” dəf edilməsində iştirak edənlərə təşəkkür edib.
Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İsrail İrana hücum edərkən səhv hesab edib.
Mənbə IRNA