İran tanınmış aktrisalar Əfsane Bayeqan və Fatemeh Motamed-Aryanı hicab taxmadığı üçün məhkəməyə verib.
Bu barədə İRNA agentliyi Tehran Hüquq-Mühafizə Qüvvələri Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Bayeqan və Motamed-Arya iranlı aktyor Atila Pesianiyə həsr olunmuş tədbirdə hicabın məcburi geyinilməsi ilə bağlı qanunu pozublar. Eyni zamanda qalan qadınlar hicablı olublar.
“Ona görə də, bu şəxslər tərəfindən törədilmiş aşkar cinayəti nəzərə alaraq, İctimai Təhlükəsizlik Polisi iş açıb, hazırda bu iş hazırda məhkəmə orqanlarındadır”, – məlumatda deyilir.
Mənbə: RİA Novosti
Doğru.az