İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki bildirib ki, İran və Misir hakimiyyətləri 1980-ci ildə kəsilmiş diplomatik əlaqələrin rəsmi bərpasına yaxındırlar. Tasnim agentliyinə müsahibəsində o qeyd edib ki, tərəflər yaxın vaxtlarda bu addımı atmağa hazırlaşır.
“Yaxın gələcəkdə İran və Misir arasında əlaqələr bərpa olunacaq, iki ölkənin Tehran və Qahirədə səfirlikləri yenidən açılacaq”, – deyə Maliki izah edib.
Mənbə: Lenta.ru
Doğru.az