İran prezidenti İbrahim Rəisi Ermənistan və Azərbaycan tərəfləri ilə görüşləri zamanı bəyan edib ki, NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir.
Bu barədə TASS məlumat yayıb.
“Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda yerləşdiyi və region ölkələrinin milli təhlükəsizliyinə təhlükə yaradan ərazidir”.
Rəisi qeyd edib ki, İslam Respublikası buna qarşıdır.
Mənbə: TASS