İslam Respublikasının prezidenti Məsud Pezeşkian bildirib ki, İranın nüvə silahı istehsal etmək planı yoxdur və ölkə həmişə dialoqa açıqdır.
Doğru.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, bu öhdəlik yalnız dövlət rəhbərlərinin mövqeyinə deyil, həm də dini göstərişlərə əsaslanır. Bununla belə, o vurğulayıb ki, Tehran onu “yeni problemlərə” sürükləyəcək danışıqlara razı olmayacaq.
“İran bu məsələnin beynəlxalq hüquq çərçivəsində və öz hüquqlarına uyğun olaraq həllinə hazırdır. Biz problemin həlli üçün diplomatik danışıqları alqışlayırıq, lakin geri çəkilmə sistemi işə salınarsa, bu danışıqlar mənasız olacaq”, – prezident qeyd edib.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Avropa İttifaqının Tehrana qarşı sanksiyaları bərpa etmək addımları fonunda İranı nüvə sazişi üzrə birbaşa danışıqlara dəvət etmişdi. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə ABŞ-la danışıqları mümkün hesab etmədiyini açıqlamışdı.
DOĞRU.AZ