image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_1-156backend

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

image-728x90px

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib.

Doğru.az xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır.

Onun iki günlük səfəri zamanı İran və Pakistan rəsmiləri arasında ticarət və səhiyyə, o cümlədən iqtisadi, təhlükəsizlik, məhkəmə və kənd təsərrüfatı sahələrində bir sıra əməkdaşlıq sənədləri imzalanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki