image-2000x150px
image-123
image-ads_atlas
image-171619066326226373_1200x630backend

İran Prezidentinin ölümü ilə bağlı Pakistanda matəm elan edilib

image-728x90px

Pakistanın Baş naziri Şahbaz Şərif helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə hörmət əlaməti olaraq Pakistanda birgünlük matəm elan edib.

Doğru.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Şərif bazar günü helikopteri İranın şimal-qərbində dağlıq və meşəlik bölgədə qəzaya uğrayan prezident Rəisinin və digər yüksəkrütbəli şəxslərin faciəvi ölümü ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib.

“Onlar Pakistanın yaxşı dostları idilər. Prezident Rəisiyə, onun yoldaşlarına hörmət və qardaş İranla həmrəylik əlaməti olaraq Pakistanda matəm günü qeyd ediləcək və bayraqlar yarıya qədər endiriləcək”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki