image-2000x150px
image-123
image-ads_atlas
image-tgtt-pic_32ratio_900x600-900x600-71772backend

İran Səudiyyə Ərəbistanında diplomatik nümayəndəliklərinin açıldığını elan edib

image-728x90px

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasından 7 il sonra Tehran krallıqdakı diplomatik ofislərini yenidən açacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

Kənaninin sözlərinə görə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəliyi öz işini bərpa edəcək.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, səfirlik və baş konsulluq artıq Səudiyyə Ərəbistanında iranlı zəvvarların vəziyyətini yüngülləşdirən məsələləri həll etməyə başlayıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki