image-n1karobka_ads
image-123
image-672ef98902e8bd4a3865ecbfbackend

İran Trampa sui-qəsd cəhdində iştirakını inkar edir

image-ad_qayo_720x110px

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Tehran FTB-nin Amerikanın seçilmiş prezidenti Donald Trampa sui-qəsd cəhdlərində iştirakı ilə bağlı iddialarını tamamilə əsassız hesab edir və rədd edir.

“Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi İranın ABŞ-ın keçmiş və indiki məmurlarına sui-qəsd cəhdinə müdaxiləsi ilə bağlı ittihamları tamamilə əsassız adlandırıb və onları rədd edib”, – İran Xarici İşlər Nazirliyi Telegram kanalında bildirib.

Onlar ABŞ prezident seçkilərindən dərhal sonra bu cür ittihamları Tehran və Vaşinqton arasında münasibətləri çətinləşdirmək üçün “İsrail və İranın müxalifət dairələrinin iyrənc sui-qəsdi” adlandırıblar.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) agenti Fərhad Şakerinin İran hakimiyyəti adından Trampa sui-qəsd hazırladığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki