İran ABŞ-la inam yaratmaq üçün uranın zənginləşdirilməsi səviyyəsinə düzəliş edə bilər.
Bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyəcəyik, lakin ola bilsin ki, onun səviyyəsi və həcmi nə vaxtsa məhdudlaşsın”.
Bundan əvvəl Omanda İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların dördüncü raundu başa çatıb.
Əraqçi deyib ki, Tehranın nüvə proqramı üzrə danışıqların dördüncü raundundan sonra İran və ABŞ-ın mövqeləri yaxınlaşıb.
DOĞRU.AZ