image-n1karobka_ads
image-123
image-69612180ae5ac94951013ef4backend

İran yeni hücum ehtimalını istisna etdi

image-ad_qayo_720x110px

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və ya İsrail tərəfindən yeni bir hərbi hücumun ehtimalının az olduğunu bildirib.

Doğru.az xəbər verir ki, dövlət televiziyası IRIB onun sözlərini sitat gətirib. Araqçi deyib: “Mən ABŞ və ya İsrail tərəfindən başqa bir hücum ehtimalını istisna edirəm. Əgər belə etsələr, daha bir məğlubiyyətlə üzləşəcəklər.”

Nazir eyni zamanda vurğulayıb ki, mümkün təkrar təcavüz halında İran sərt və təsirli cavab verməyə hazırdır.

Bundan əvvəl İran hakimiyyəti Vaşinqtonun aqressiv addımları halında ABŞ-ın regiondakı hərbi bazalarına zərbə endirilə biləcəyi ilə hədələmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki