İranın Ali Milli Təhlükəsizlik Şurası “düşməni məğlubiyyətini etiraf etməyə məcbur edən qələbə” elan edib.
“İlahi hədiyyə… qələbə və qələbə idi ki, düşməni məğlubiyyətini etiraf etməyə… və birtərəfli qaydada təcavüzünü dayandırmağa məcbur etdi”, – İRİB agentliyi bəyanatdan sitat gətirir.
İranın Ali Milli Təhlükəsizlik Şurası da İsraillə atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib. Daha sonra İDF Tehrandan yeni raket buraxılışlarını qeydə aldığını bildirdi.
İran atəşkəs elan edildikdən sonra İsrailə raket atılması ilə bağlı xəbərləri təkzib edib.
Oilcapital.ru qeyd edir ki, atəşkəs fonunda neftin qiyməti kəskin şəkildə aşağı düşüb.
DOĞRU.AZ