image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın XİN-nə çağrılıb

image-728x90px

İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb.

İranın Böyük Britaniyadakı ən yüksək vəzifəli diplomatı Mehdi Hüseyni Mətin İran hakimiyyətinin Məsiha Əmininin ölümündən sonra ölkədə baş verən etirazlar zamanı insanlara şiddət göstərilməsi ilə bağlı Britaniya XİN-ə çağırılıb.

Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, təhlükəsizlik qüvvələrinin İranda etirazçılara qarşı zorakılığı həqiqətən şokedicidir.

“Bu gün biz İran hakimiyyətinə öz fikrimizi açıqladıq – iğtişaşlarda xarici aktorları günahlandırmaq əvəzinə, onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı və xalqının qayğılarını dinləməlidirlər.

Biz öz tərəfdaşlarımızla birgə İran hakimiyyətini kobud insan haqları pozuntularına görə cavabdeh olmaları üçün çalışmağa davam edəcəyik”,- deyə nazir bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki