image-2000x150px
image-123
image-ads_atlas
image-1535a0e4dc974af5aaf779dc46450126backend

İranlı diplomat iranlı diplomatın ölkəmizə yönəlik iddialarına cavab verdi

image-728x90px

Bu günlərdə İranın Əfqanıstanda və İtaliyada səfiri olmuş Əbəlfəzl Zöhrəvəndin Azərbaycana qarşı irəli sürdüyü iddialara, Azərbaycanın ilhaq olunması barədə dilə gətirdiyi sərsəm fikirlərə onun öz həmvətəni və həmkarı, vaxtilə İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani da cavab verib.

Ə.Süleymaninin İnstagram səhifəsinə istinadla bildirir ki, sabiq səfir Zöhrəvəndin sözlərinin beynəlxalq hüquq və siyasi etikaya, İran İslam Respublikası konstitusiyasına,  İranın xarici siyasətinin prinsiplərinə, qonşuluq münasibətlərinə, bir sözlə, İranın milli maraqlarına zidd olduğunu bildirib.

6543.jpg (84 KB)

Zöhrəvəndin nə beynəlxalq hüquqa, nə xarici siyasətin prinsiplərinə, nə də beynəlxalq sistemin qaydalarına bələd olmadığını qeyd edən Süleymani yazıb ki, o, layiqli diplomat olsaydı, belə kobudluq etməzdi.

Sabiq səfir yazıb ki, keçmişin tarixi arxivlərdə qalıb, beynəlxalq sistem artıq dörd imperiyadan iki yüz ölkəyə çevrilib.

Süleymani İranın indiki həssas vəziyyətində sırf gündəmdə qalmaq istəyən və öz maraqları üçün milli maraqları qurban verən iddialı həmkarının “Azərbaycanı və Naxçıvanı İrana necə qaytarmaq istəyir” sualına cavab verməsini istəyir: “Onun məlumatlılığının hansı səviyyədə olduğunu öyrənəcəyik. Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir ölkə milli suverenliyə və ərazi bütövlüyünə, öz geosiyasi və geoiqtisadi mövqeyinə malikdir. Hər bir ölkə digər dövlətlərlə yalnız qarşılıqlı etimada əsaslanan, bir-birinin daxili işlərinə qarışmamaqla, xarici siyasətdə başqa dövlətlərə zərər verməməklə qdostluq münasibətləri quraraq, faydalı əməkdaşlıq etməlidir”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki