image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ria_8533602-pic_32ratio_1200x800-1200x800-96421backend

İraqın baş naziri Putindən İsraildəki münaqişənin həllinə kömək etməyi xahiş edib

image-728x90px

İraqın baş naziri Məhəmməd əl-Sudani Rusiya prezidenti Vladimir Putindən fələstinlilərlə israillilər arasında atəşkəs elan etməsini istəyib.

Rusiya Enerji Həftəsinin iclasında o, Putinə üz tutaraq ondan “həqiqi atəşkəs və Fələstin probleminin real həllinin tapılmasına” kömək etməyi xahiş edib.

Bir gün əvvəl əl-Sudani ilə danışıqlar zamanı Putin İsraildə vəziyyətin pisləşməsindən təəssüfləndiyini bildirib və bunu ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb. O, həmçinin suveren Fələstin dövlətinin yaradılması məsələsinin həllinin vacibliyini bəyan edib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki