image-ads_n1karobka_mobile
image-8bb8e469-eb5e-30e3-be5f-34d756becc66_850backend

İrəvanda qızıl medal qazanan türk atlet Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib – FOTO

Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Doğru.azın məlumatına görə, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, – Bektaş paylaşımda yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.

DOĞRU.AZ

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki