image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-20180509_zaa_n230_693-pic_32ratio_900x600-900x600-58642backend

İrlandiya hakimiyyəti ölkənin neytrallığını pozaraq Ukraynaya hərbi yardım edir

image-728x90px

Britaniyanın “Daily Telegraph” qəzeti yazır ki, İrlandiya hakimiyyəti ölkənin neytral statusuna baxmayaraq, Kiyevə hərbi yardım göstərir.

Eyni zamanda, qəzet qeyd edir ki, İrlandiyadan Ukraynaya hərbi yardım gizli şəkildə həyata keçirilir. O, İrlandiya ictimaiyyətindən gizlənir. Belə ki, yerli KİV-in məlumatına görə, İrlandiya hökumətinin Kiyevə yardım etmək qərarı gizli xarakter daşıyır.

Mövcud məlumatlara görə, Dublin Ukrayna hərbçilərinə rəsmən elan edilmiş humanitar məqsədlərə uyğun gəlməyən döyüş hazırlığı və atışlar öyrətmək niyyətindədir.

İrlandiyalı siyasətçi Herman Kellinin fikrincə, hökumətin bu siyasəti hətta İrlandiyanın deklarativ hərbi neytrallığında da tabuta vurulan son mismardır.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki