İrlandiya hökuməti iki il ərzində Ukrayna və digər ölkələrdən 100 mindən çox qaçqını qəbul edib, İrlandiyanın baş naziri Leo Varadkar bildirib.
Onun sözlərinə görə, çətin ki, respublika miqrantları könüllü qəbul etməyə davam edə bilsin.
“Biz yeni qaçqınların yerləşdirilməsi ilə bağlı ciddi çətinliklərlə üzləşirik. Düşünmürəm ki, onların yerləşdirilməsi məsələsi həll olunana qədər biz onları könüllü olaraq qəbul etməyə davam edə bilərik. İnanıram ki, bizim mövqeyimiz başa düşüləcək. “Biz İrlandiyaya gələn insanları geri qaytaracağımızı demirik, əlbəttə ki, bunu etməyəcəyik, lakin könüllü olaraq daha çox insanı digər Avropa ölkələrindən] qəbul etməyə razılıq vermək tamamilə fərqli bir məsələdir” dedi Varadkar .
O əlavə edib ki, İrlandiya Ukraynanın Avropa İttifaqına qəbulunu dəstəkləyir, lakin bu proses 10 ildən çox çəkə bilər. Varadkar vurğuladı ki, sonda bu birləşmə üçün bir artı olmalıdır.
Mənbə: A Haber