image-n1karobka_ads
image-123
image-rtx6l6px-pic905-895x505-89556backend

İspaniyanın baş naziri Sançes regional seçkilərdən sonra parlamenti buraxıb

İspaniyanın baş naziri Pedro Sançes bazar günü keçirilən regional seçkilərin nəticələrindən sonra ölkə parlamentini buraxmaq qərarına gəlib.

Bu barədə El Pais məlumat yayıb.

Sançes həmçinin iyulun 23-də növbədənkənar ümumi seçki elan edib. Nəşrin məlumatına görə, rəsmi olaraq parlamentin buraxılması və seçkilərin təyin edilməsi ilə bağlı qərar İspaniya Nazirlər Şurasının növbədənkənar iclasında qəbul ediləcək.

“Mən indicə Əlahəzrət Kral ilə görüşdüm və bu görüş zamanı parlamentin buraxılması üçün Nazirlər Şurasının bu gün günortadan sonra çağırılması barədə qərar qəbul edildiyini ona bildirdim. Seçkilər bazar günü, iyulun 23-də qanunla müəyyən edilmiş müddətə uyğun olaraq keçiriləcək”, – Sançes bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki