image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-3-pic_32ratio_900x600-900x600-74854backend

İspaniyanın Eurofighter Typhoon qırıcıları təlimlər keçirəcək

image-728x90px

Baltikyanı ölkələr üzərində hava məkanını qorumaq missiyasını yerinə yetirən İspaniya Hərbi Hava Qüvvələrinə məxsus Eurofighter Typhoon qırıcıları Estoniya səmasında təlim uçuşları həyata keçirəcək.

Bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İspaniya Hərbi Hava Qüvvələrinin pilotları Eurofighter Typhoon qırıcılarını Estoniyanın hava məkanında, o cümlədən aşağı hündürlükdə idarə edəcəklər”, – ölkənin hərbi idarəsi bildirib.

Təlimin çərşənbə axşamı, sentyabrın 26-da təşkil olunması planlaşdırılır.

Məlumdur ki, alçaq hündürlükdə uçuşlar müəyyən edilmiş ərazilərdə, lakin 152 metrdən aşağı olmayan yerlərdə həyata keçirilir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki