Doğru.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İDF) ərəb dilli sözçüsü Aviçai Edri İranın hərbi elitasının məhv edildiyini iddia edib.
“Biz İran hərbi komandanlığı və təhlükəsizlik qüvvələrinin elitasını məhv etməkdən danışarkən, həqiqətən buna nail olduq”, – deyə o, “RİA Novosti”yə açıqlamasında bildirib.
Qeyd edək ki, daha əvvəl İsrailin İrana yönəlik hava hücumları nəticəsində həyatını itirənlərin sayının 935 nəfərə çatdığı bildirilirdi.
Eyni zamanda, Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki, keçmiş hərbi attaşe və Türkiyənin Vətən Partiyasının Mərkəzi Komitəsinin üzvü İhsan Sefa bu münaqişə ilə bağlı fərqli mövqe sərgiləyib. O, İsrailin İranla qarşıdurmada hədəflərinə tam çatmadığını hesab etdiyini bildirib.
DOĞRU.AZ