image-2000x150px
image-123
image-ads_atlas
image-pexels-cottonbro-4033956-pic_32ratio_1200x800-1200x800-48518backend

İsrail Nazirlər Kabineti terrorçulara zərbələr endirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edib

image-728x90px

Çərşənbə axşamı İsrail hökuməti başçısının ofisində keçirilən nazirlər komitəsinin iclasında Fələstinlilərin İsrail vətəndaşlarına qarşı davam edən hücum dalğası fonunda terrorçulara və onların idarəçilərinə zərbələr endirmək üçün bir sıra qərarlar qəbul edilib.

Bu barədə TASS baş nazirin ofisinə istinadən xəbər verir.

“Nazirlər Kabineti terrorçulara və onların idarəçilərinə zərbələr endirmək üçün bir sıra qərarlar qəbul edib və baş nazirə və müdafiə nazirinə bu istiqamətdə hərəkət etmək səlahiyyəti verib”, – məlumatda deyilir.

Avqustun 21-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsraildə silsilə terror aktlarının təşkilinin arxasında İran dayanır.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki