Livanın paytaxtı Beyrutda şiə Hizbullaha məxsus obyekt İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən hədəfə alınıb.
Bu məlumat İsrail hökuməti və Müdafiə Nazirliyinin rəhbərləri Benyamin Netanyahu və İsrail Katzın birgə bəyanatında deyilir.
Mətni TASS-a istinadən verilən bəyanatda qeyd edilir ki, bu obyekt yəhudi dövləti üçün əhəmiyyətli təhlükə yaradır.
Bazar günü səhər saatlarında İsrail ordusu Yəməndən İsrailə raket atıldığını açıqlamışdı . Onun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərindən istifadə edilib.
DOĞRU.AZ