İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın mərkəzində yerləşən Netzarim dəhlizinə nəzarəti tam bərpa edib.
Doğru.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats sosial şəbəkədə məlumat yayıb.
Nazir bildirib ki, İDF Qəzza sahilinə aparan Netzarim dəhlizini ələ keçirərək Qəzza zolağını şimal və cənuba bölüb. Şəhər ətrafında blokada gücləndirilib və cənuba gedən hər kəs İDF-nin keçid məntəqələrindən keçməli olacaq.
Kats qeyd edib ki, bu addım Qəzzalılar üçün cənub zolağına köçmək üçün “son şans”dır və HƏMAS “Qəzza şəhərinin özündə təcrid olunmuş vəziyyətdədir”. Nazir həmçinin əlavə edib: “Qəzzada qalanlar terrorçu və terrorun ortaqları hesab olunacaqlar”.
DOĞRU.AZ